12 dinləyicilər
  • Нравится
                   
                                                                   
               

Oxşar ifaçılar

 

Mahnı haqqında Nisə Qasımova

Nisə Qasımova - müğənni, aktrisa, aparıcı. Azərbaycanın xalq artisti.Azərbaycan musiqisinin əfsanəvi nümayəndısi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakida anadan olmuşdur. Hələ uşaqliqdan sari saçları, yaşıl gözləri və qeyri adi gözəlliyi ilə yaxınlarından seçilən mügənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə maragı balaca Nisənin taleyini cox erkən yaşlarından ömürlük səhnəyə baglayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalişmasına baxmayaraq milli musiqi və mugamların bilicisi və savadli xanəndə olması Nisə xanimin elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır.


Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “ Bənövşə “ uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmirki bütün peşəkar musiqi heyyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur.“ Günəş adlı yaxın dostum var mənim” məxsusu olaraq onun üçün yazılan bu mahni ilə ən müxtəlif konsert proqramlarında çıxış edən bu sarışın gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə, kolleqalarının isə paxıllıq obyektinə çevrilir. Çox keçmirki gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki “ Lalə qizlar ansambli”na solist kimi dəvət olunur.


Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanib dünya səhnəsi ulduzlarindan ilham alan mügənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamık səhnə rəqsləri ilə diqqətı cəlb edırdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tagiyev elə həmin ərəfələrdə gənc sənətçıyə ış birliyi təklıf edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovani Azərbaycan səhnəsinə təqdim etmiş Tagiyev 1972-ci ildən Nisə xanım Qasımovayla yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım mugənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.


1972-73 illərdə biri birinin ardınca “Ay ellər ”, “ Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm” , “Qəşəngdir” kimi mahnıların xalq tərəfindən sevilir və gənc mügənni tez bir zamanda möhtəşəm ugurlar əldə edır. Elə həmin ildə Azərbaycanda çixan plastinkalarla yanaşı Tiflisdə Nisə xanimin ilk kasetləri də işiq üzü görür. Hər çıxışında dinləyicılər tərəfindən nəhəng sevgı və izdahamlı alqışlarla qarşılanan sarışın mügənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayagı olması onun haqqinda aglasıgmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu “ Alman Gəlinciyi” adlandirir, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən “ Azərbaycan qızıyam” mahnisini ifa edır.


1975 ci ildə isə 21 yaşinda olarkən Azərbaycan musiqisinin qizil fonduna ifa etdiyi “ Laylay” (Şəfiqə Axundova), “Sədaqətim var”(Ələkbər Tagiyev), “Bayatı Şiraz təsnifi” ilə daxil olan Nisə xanim artiq Dovlət televiziyasının solisti kimi çalışmaga başlayır. Elə həmin illərdə Sssr dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaceslav Mişşerinin dəvəti ilə Moskvaya gedən mügənnı bu ansambla birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və s mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məhşur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc mügənninin ifaçılıq və səhnə istedadına valeh olur.


Yaradıcılıgında Alla Puqacova, İrina Alleqrova, Filip Kirkorov kimi rus Estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusu olaraq Nisə xanimçün Azərbaycanda sonralar çox seviləcək “Xaxatunya”, “Kaspiyskiy vals”və s. kimi mahnilar yazır. 1977 ci ildə ali təhsilini davam etdirmək üçün valdeynlərinin təkidi ilə Bakiya dönən mügənnı İncəsənət İnstitutuna daxil olub Moskvadaki fəaliyyətindən aralanmalı olur. Şöhrətin zirvəsində olan gənc mügənni xalqin sevgisini qazansa da bunula bərabər bəzi kolleqaların qəzəbini də qazanirdi.


2008 ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma “Birliyə dogru” beynəlxalq humanitar təşkilatı tərəfindən “ Əlimi tut, səninləyəm” xeyriyyə layihəsinə görə Azərbaycanın ən xeyirxah mügənnisi diplomu verilmişdir. Bu gün də azərbaycanın efsanevi səsi Nisə xanim Qasımova həm sənət həm də ictimai fəaliyyətini davam etdirməkdədir.

Bioqrafiya Nisə Qasımova

 

Sayta daxil olun, şərh qoymaq üçün



Maraqlı məqalələr DAY.AZ